RU

Əraqçi İranın atəşkəs şərtlərini açıqladı: "Səhər saat 4-dən..."

 İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İran və İsrail rejimi arasında atəşkəslə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
 
Moderator.az bu haqda yelri "Mehr" agentliyinə istinadla məlumat yayıb.
 
"İranın dəfələrlə açıqladığı kimi: İsrail İrana qarşı müharibəyə başlayıb, əksinə deyil", - Əraqçi "X" hesabında- yazıb. 
 
"Hazırda hər hansı atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir "razılaşma" yoxdur. Lakin İsrail rejiminin Tehran vaxtı ilə səhər saat 4-dən gec olmayaraq İran xalqına qarşı qanunsuz təcavüzünü dayandırmaq şərtilə bundan sonra cavabımızı davam etdirmək niyyətimiz yoxdur", - o vurğulayıb. 
 
“Hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yekun qərar daha sonra veriləcək”, - deyə o, yekunlaşdırıb.
Избранный
30
50
moderator.az

10Источники