RU

Sabah Bakıda Qvadelupun dekolonizasiya ilə bağlı konfrans keçiriləcək

Bakı. Trend:

Dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş BakıdaFransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelupadasına həsr olunmuş “Qvadelupun Dekolonizasiyasına Doğru!Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfranskeçiriləcəkdir.

Trend xəbərverir ki, konfrans 25 iyun 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupu(BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), QvadelupBeynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dəriliXalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup MillətininYaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı iləbaş tutacaqdır.

Tədbirdə Qvadelupun müstəqilliyi uğurunda mübarizə aparan siyasipartiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmidairələrin nümayəndələri və s. iştirak edəcək. Konfransa BakıTəşəbbüs Qrupunun dəstəyi ilə 2024-cü ilin iyulunda Bakıda əsasqoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi təqdimatlarlaçıxış edəcəklər.

Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimisaxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəstmüəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkəcinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhvedilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davametdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimiməsələlər geniş müzakirə olunacaq. Tədbirdə departament statusununmüstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik,gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq,zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvipestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzindəolacaq.

Konfransda Qvadelup xalqının öz müqəddəratını təyin etməkhüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nindekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkəaltında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-ninmüvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməledilməməsi geniş müzakirə olunacaq.

Məqalədə:
Избранный
14
29
az.trend.az

4Источники