RU

"Atəşkəsin dayandırılması ilə bağlı heç bir “razılıq” yoxdur" - Nazir

"Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı “razılıq” yoxdur".

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi X hesabında yazıb.

Onun sözlərinə görə, bu mühribəyə İsrail başlayıb: "Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir “razılıq” yoxdur. Lakin bir şərt var idi ki, İsrail rejimi İran xalqına qarşı qeyri-qanuni təcavüzünü ən geci Tehran vaxtı ilə səhər saat 4:00-a qədər dayandırsın, bundan sonra cavabımızı davam etdirmək niyyətində deyilik.

Hərbi əməliyyatların dayandırılması ilə bağlı son qərarı daha sonra tərəfimizdən verəcəyik".

Qeyd edək ki, hazırda tərəflər arasında atəşkəs hökm sürür. ABŞ lideri Donald Tramp tərəfləri atəşkəs rejimini pozmamağa çağırıb. 

Ağarza Elçinoğlu 

Избранный
7
1
unikal.az

2Источники