RU

Azərbaycanda kreditlərin dollarlaşması 15.2%-ə düşüb, biznes kreditləri artıb

Kreditlərin dollarlaşma əmsalı 2025-ci ilin aprel ayının sonuna ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz bəndi azalaraq 15.2%-ə enib. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Fintex sammitində  bildirib.

Onun sözlərinə görə, ümumi kredit portfeli 28.1 milyard manat təşkil edib, bunun 15 milyard manatı biznes kreditlərinin payına düşür ki, bu da portfelin 53%-dən çoxunu əhatə edir.

Vaxtı keçmiş kreditlərin ümumi portfeldəki payı 1.7%-dir.

Bank sektorunun aktivləri 54.6 milyard manat səviyyəsindədir ki, bu da illik 10.9% artım deməkdir. Kredit portfelinin artım tempi də ötən illə müqayisədə yüksəlib.

N.Təbrizli

Избранный
12
6
anews.az

10Источники