RU

“Azərxalça” ASC-nin Qəbələdə fəaliyyət göstərən emalatxanasında növbəti sərgi və satış salonunun açılışı oldu (FOTO)

Bakı. Trend:

Müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzi hesab olunan, 100illik tarixə malik “Azərxalça” ASC ölkənin müxtəlifistiqamətlərində fəaliyyət göstərən 14 xalça emalatxanası və 2sərgi- satış salonu ilə fəaliyyətini genişləndirməyə, xalçaçılığıninkişafına, qorunmasına öz töhfəsini verməyə davam edir. Məhz busəbəbdən iyun ayının 23-də turist axını və daxili təlabatı danəzərə alaraq qurumun Qəbələdə fəaliyyət göstərən xalçaemalatxanası nəzdində növbəti, üçüncü sərgi və satış salonunaçılışı baş tutub.

Açılışda “Azərxalça” ASC-nin İdarə heyətinin sədri, Əməkdarİncəsənət xadimi Emin Məmmədov başda olmaqla qurumun yaradıcıheyəti və Qəbələ rayonu İcra hakimiyyətinin başçısı SəbuhiAbdullayev də iştirak edib.

Emin Məmmədov çıxışı zamanı bildirib ki, istər ölkə daxilində,istərsə də xaricdə daim diqqət mərkəzində olan, əsararəngiz rəngpalitrasına sahib xalçaların hazırlanıb ərsəyə gəlməsində 693işçinin əməyindən istifadə olunur. Bildirildi ki, xalçaemalatxanalarında çalışan bu işçilərin 520 nəfəri toxucuxanımlardır və bu say günü-gündən artır: “Biz bu sahədə yalnızyaşlı nəslin nümayəndələri deyil gəncləri, gənc toxucu xanımları dacəlb etmək üzərində çalışırıq”. Qeyd olundu ki, sevindirici haldırki, “Azərxalça” – nın rayonlarda yaşayan anaların, nənələrin sevgiilə toxuduqları möhtəşəm xalçalarını artıq turistlər yalnız Bakıdadeyil, Qəbələdə də fəaliyyət göstərən sərgi-satış salonundan əldəedə biləcəklər. Xüsusi vurğulandı ki, salon yalnız satış nöqtəsideyil eyni zamanda rayona gələn turistlərin baş çəkib maraqlı vaxtkeçirəcəyi, Qəbələdə yaşayan uşaqların və gənclərin asudəvaxtlarının səmərəli təşkil olunmasında xüsusi yeri olan məkanolacaq. Sonda sədr qeyd etdi ki, bu təcrübə özünü doğruldarsa,digər rayonlarda da fəaliyyət göstərən emalatxanalarda satış vəsərgi salonlarının açılması nəzərdə tutulur.

Səbuhi Abdullayev isə çıxışı zamanı bildirdi ki, bu gün qədim vəmüasir Qəbələ özünün inkişaf dövrünü yaşayır, Azərbaycanın əsasturizm mərkəzlərindən birinə çevrilir, hər il Qəbələyə baş çəkənyerli və xarici turistlərin sayı artır. Qeyd olundu ki, qədimQəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələşəhəri turistlərin böyük marağına səbəb olur. Müasir Qəbələ geniş,rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalqaeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri,yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olanmodern şəhərdir. İcra başçısı sonda “Azərxalça” ASC- ninemalatxanası daxilində fəaliyyət göstərən əsrarəngiz, əsl əl işiAzərbaycan xalçalarının satışının baş tutacağı salonun da gələcəkdərayonun əsas turistik mərkəzlərindən birinə çevriləcəyinəinandığını və istənilən dəstəyin göstəriləcəyini xüsusi qeydetdi.

Sərgi və satış salonunda turistlər üçün xalçaçılıqla bağlımaraqlı və fərqli xidmətlər göstəriləcək. Emalatxanaya gəlib toxumaprosesində iştirak etmək, çay içərək ümumi prosesi izləmək və yaözünün kiçik suvenir xalçasını toxumaq (və ya toxutdurmaq) istəyəntursitlər öncədən emalatxana rəhbərliyinə müraciət edərəkxidmətlərdən ( ödənişli) istifadə edə bilərlər.

“Azərxalça” ASC-nin emlatxanalarında mütəxəssislər tərəfindənhazırda yun və ipək xalçalar istehsal olunur. Həm yerli, həm dədünya bazarının tələbləri nəzərə alınmaqla dolğun rəngli, incənaxışların əks olunduğu ənənəvi xalçalarla yanaşı, müasir dizaynauyğun, çağdaş interyerin tələblərini ödəyən məhsulların istehsalıda həyata keçirilir. Xalçalarda hər zaman fərqlilik olması üçün həmyerli, həm də xarici dizayner, rəssam və xalçaçı ustalarlaəməkdaşlıq edilir. Qurumun istehsal etdiyi bütün məhsulları görməküçün paytaxt Bakıda 2 ünvanda satış və sərgi salonları həm yerlisakinlər, həm də turistlərin ixtiyarındadır. Məhsullarla tanış olubzövqünə uyğun xalça seçmək istəyənlər İçərişəhərdəki Böyük Qala, 15ünvanında yerləşən mağazaya və “Four Seasons” hotelindəki salonabaş çəkə bilərlər.

“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
Избранный
4
4
az.trend.az

5Источники