RU

Azərbaycan qadını öz adını dövlətçilik tariximizə əbədi həkk etdirib



24 iyun Diplomatiyada Qadınların Beynəlxalq Günü kimi qeyd olunur. BMT-nin Baş Assambleyası bu günün təsis olunması ilə bağlı Azərbaycanın da həmmüəllif olduğu qətnaməni 2022-ci il iyunun 22-də qəbul edib. Məqsəd qadınların diplomatiya sahəsinə verdiyi önəmli töhfələri vurğulamaq və qərarvermənin bütün səviyyələrində qadınların daha fəal iştirakını təşviq etməkdir. Bu, ölkəmizdə diplomatiya sahəsində qadınların fəaliyyətinin rəsmi təsdiqidir.

Azərbaycan qadını öz adını dövlətçilik tariximizə əbədi həkk etdirib. Ağqoyunlu sülaləsinin hökmdarı Uzun Həsənin anası Sara Xatun, Qəhrəman Tomris, XII əsrdə yaşamış şairə Məhsəti Gəncəvi, XIX əsrdə yaradıcılıqları ilə fərqlənən Xurşidbanu Natəvan, Fatma xanım Kəminə xalqımızın mədəni irsinin əvəzsiz nümayəndələridir.
Bu əlamətdar gün münasibətilə diplomatiya sahəsində çalışan bütün fədakar və güclü qadınları ürəkdən təbrik edirəm.

Bir qadın cəmiyyəti sədri olaraq hər gün qadınların sülh, dialoq və ədalət naminə göstərdiyi əzmkarlığın şahidiyəm.

Diplomatiyada qadınların artan iştirakı cəmiyyətlərimizin daha dayanıqlı və inklüziv gələcəyi naminə mühüm töhfə verir.

Fəaliyyətində məsuliyyət, zəka və dərin humanizm daşıyan bütün qadınlara təşəkkür edir, uğurlar arzulayıram!

Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Избранный
17
3
newscenter.az

10Источники