RU

İnzibati xəta qərarlarının yerləşdirilməsi üçün “İCMAL” informasiya sistemi yaradılacaq

Bakı. Trend:

Səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqındaprotokol və qərarlar barədə məlumatların ötürülməsi üçün yeni"İCMAL" informasiya sistemi yaradılacaq.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, inzibati xəta haqqında protokolların vəinzibati xəta haqqında iş üzrə qərarların (qərardadların)mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə buMəcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (vəya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar(elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarınahesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsivə həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsiməqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemi (bundan sonra – "İCMAL" informasiyasistemi) yaradılacaq.

İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqındaiş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol vəelektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təminedilməsi üçün həmin sənədlər barədə məlumatlar "İCMAL" informasiyasisteminə ötürüləcək.

Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutaninzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektronqərarlara "İCMAL" informasiya sistemi vasitəsilə unikal kodverilmədən həmin qərarların icra olunması (o cümlədən dəbbə dulununhesablanması) tələb edilə bilməz.

"İCMAL" informasiya sisteminin saxlanılması, habelə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərininsosial müdafiəsinin gücləndirilməsi və maddi təminatınınyaxşılaşdırılması məqsədilə bu Məcəlləyə əsasən tətbiq ediləncərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həminorqanın xəzinə hesabına köçürüləcək.

Səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmişinzibati xəta haqqında protokollar və inzibati xəta haqqında işüzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal "İCMAL"informasiya sisteminə ötürüləcək.

Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada)"İCMAL" informasiya sistemində real vaxt rejimində vəavtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həminprotokol və qərar (qərardad) və həmin sənədlər üzrə informasiyasistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəlişəxs) tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiyasisteminə göndəriləcək.

Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmişelektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərargücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habeləinformasiya sistemləri vasitəsilə və ya bortkompüter vasitəsilətərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çapedilməzdən əvvəl "İCMAL" informasiya sisteminə ötürüləcək.

"İCMAL" informasiya sistemində real vaxt rejimində vəavtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol(protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanlarıninformasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxstərəfindən dərhal müvafiq olaraq təsdiqlənəcək və ya nömrələnmişblanklarda çap edilərək imzalanacaq.

İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasıhaqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rəddedilməsi haqqında əsaslandırılmış qərardad "Elektron prokurorluq"informasiya sistemi vasitəsilə elektron sənəd formasında tərtibolunacaq. Sanksiyasında inzibati cərimə növündə inzibati tənbehtədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərar(qərardad) təsdiq edilməmişdən əvvəl "İCMAL" informasiya sisteminəötürüləcək. "İCMAL" informasiya sistemində real vaxt rejimində vəavtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş qərar (qərardad)"Elektron prokurorluq" informasiya sisteminə ötürüldükdən sonramüvafiq səlahiyyətli əməkdaşın gücləndirilmiş elektron imzası ilədərhal təsdiqlənəcək.

Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyivaxtdan 3 gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqındaprotokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və yainzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarqəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrəicraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiyasisteminə, habelə həmin qərar barədə məlumatı "İCMAL" informasiyasisteminə göndərəcək. Səlahiyyətli orqan (vəzifəli şəxs) və yaprokuror həmin qərar daxil olduğu vaxtdan 3 gün müddətində İnzibatixəta haqqında iş üzrə qərarda göstərilən məlumatları müvafiq olaraqsəlahiyyətli orqanın informasiya sisteminə və ya "Elektronprokurorluq" informasiya sisteminə yerləşdirəcək.

Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsməhkəmə tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrəqərarlar barədə məlumatlandırılacaq.

Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texnikivasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbehvermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikalnömrə verilməsi üçün "İCMAL" informasiya sisteminə ötürüləcək vəhəmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydadaunikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiqinformasiya sisteminə göndəriləcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyəminəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Избранный
34
5
az.trend.az

9Источники