RU

İran İsrailə yeni raket hücumu etdi - Yenilənib

İsrail hərbçiləri İrandan ölkə ərazisinə yeni raket buraxılışı qeydə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, ölkənin bir sıra bölgəsində hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib.

Ordu İsrailin şimal hissəsinin atəşə tutulduğunu qeyd edib.

Xatırladaq ki, bu gün İranla İsrail arasında qarşılıqlı atəşkəs qüvvəyə minmişdi.

***

İsrailin müdafiə naziri İsrael Katz ölkənin Müdafiə ordusuna atəşkəsin pozulmasına “qətiyyətlə cavab vermək” və Tehranın mərkəzinə güclü zərbələr endirmək göstərişi verib. 

Избранный
279
50
qafqazinfo.az

10Источники