RU

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni dövlət standartları hazırlanır

Azərbaycanda informasiya texnologiyaları və internet infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni dövlət standartlarının hazırlanması istiqamətində işlər görülür.

Bunu “Report”a açıqlamasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə bildirib.

Onun sözlərinə görə, əvvəllər informasiya təhlükəsizliyi ilə bağlı tətbiq edilən standartlar artıq aktual deyil və müasir texnoloji çağırışlara cavab vermir: "Əvvəllər istifadə olunan standartlar indiki şəraitdə informasiya təhlükəsizliyi üçün kifayət etmir. Hazırda biz bu sahədə daha geniş, əhatəli, müasir tələblərə uyğun standartlar hazırlayırıq. Bu standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmır, həm də xidmət sahələrini, internet bağlantılarını, informasiya axınını və provayderləri əhatə edir."

K. Məmmədova qeyd edib ki, beynəlxalq ISO və IEC standartları əsasında yerli şəraitə uyğunlaşdırılmış sənədlər hazırlanır və hüquqi uyğunluq baxımından da ekspertiza edilir: “Hazırladığımız standartlar beynəlxalq təcrübəyə əsaslanır. Biz onları milli qanunvericiliyə uyğunlaşdırırıq və yerli tərəflərin maraqlarını da nəzərə alırıq. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub”

O əlavə edib ki, hələlik internet provayderlərinin fəaliyyətinə dair konkret xidmət standartları mövcud olmasa da, bu sahədə də sənədlərin hazırlanması planlaşdırılır: “İT infrastrukturuna dair müəyyən standartlar artıq mövcuddur və tətbiq edilir. Bu standartlardan dövlət orqanları və bəzi özəl şirkətlər istifadə edir. Provayder xidmətlərinə dair standartların hazırlanması isə planlarımızdadır”

K. Məmmədova yaxın zamanda bu istiqamətdə geniş təqdimat ediləcəyini də bildirib.

Избранный
9
5
report.az

10Источники