RU

Bu qidalar D VİTAMİNİ deposudur

D vitamini bədən üçün həyati əhəmiyyət daşıyan bir vitamindir və əsasən günəş şüaları vasitəsilə təbii şəkildə sintez olunur. 

News24.az xəbər verir ki, mütəxəssislərə görə, bir çox insan bu vacib vitamindən kifayət qədər faydalana bilmir. Bunun səbəbləri arasında günəşə az çıxmaq və yanlış qidalanma vərdişləri var.

D vitamini çatışmazlığı nələrə səbəb olur?

D vitamini çatışmazlığı çox zaman fərq edilmədən irəliləyir. Aşağıdakı əlamətlər bu çatışmazlığa işarə ola bilər:

  • Xroniki yorğunluq
  • Zəif immun sistem
  • Sümük və əzələ ağrıları
  • Əhval dəyişkənliyi və depressiya meyli

Həkimlər D vitamininin sadəcə bir əlavə deyil, hormon kimi fəaliyyət göstərən vacib bir maddə olduğunu vurğulayırlar. Sümüklərin möhkəmliyi, immunitetin güclənməsi və ümumi sağlamlıq üçün önəmlidir.

D vitamini hansı qidalarda var?

D vitamini ehtiyacını təbii yollarla qarşılamaq istəyənlər üçün tövsiyə olunan əsas qidalar bunlardır:

Yumurta sarısı: Bir yumurta sarısı təxminən 40–50 IU (beynəlxalq vahid) D vitamini ehtiva edir. Miqdarı az olsa da, faydalıdır.

Göbələklər: UV şüalarını udan göbələk növləri bitki əsaslı D vitamini mənbəyi ola bilər. Bəzi növlər porsiya başına 400 IU-ya qədər təmin edə bilər.

Somon balığı: 100 qram bişmiş vəhşi somon balığında təxminən 600 IU D vitamini olur. Eyni zamanda ürək, dəri və beyin sağlamlığı üçün də faydalıdır.

Pendir: Porsiya başına 12–20 IU D vitamini tərkibində ola bilər.

D vitamini ilə zənginləşdirilmiş məhsullar: Bəzi səhər yeməyi lopaları və süd məhsulları əlavə D vitamini ilə zəngiləşdirilib. Hər porsiyada 40–100 IU arasında dəyişə bilər.

Günel Məlikzadə


Избранный
28
1
news24.az

2Источники