RU

“İmişli” üçün portuqaliyalı baş məşqçi - Rəsmi

2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandasının yeni baş məşqçisi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda portuqaliyalı Xorxe Kasqilyaya tapşırılıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb.

Onunla birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kristiano Duraes və Gilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.

Xatırladaq ki, “İmişli” ötən mövsüm azərbaycanlı mütəxəssis Fərid Namazovun rəhbərliyi altında çıxış edib. Əyalət təmsilçisi ötən mövsüm Birinci Liqada 52 xalla ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanıb.

Избранный
36
7
arena.az

10Источники