“Amazon”un qurucusu, dünyanın ən zəngin insanlarından olan 61 yaşlı Jeff Bezos və 55 yaşlı Lauren Sanchez Venesiyada evlənməyə hazırlaşır.
Kulis.az xəbər verir ki, cütlük Venesiyadakı San Giorgio adasını qonaqlar üçün 6 günlük tamamilə icarəyə götürdüyü xəbər verilib. Dünyaca məşhur şəxslərin axın edəcəyi şəhərin bir çox yerləri milyarderin toyuna görə bağlanıb.Cütlüyün toy günü ilə bağlı detallar gizli saxlanılır. Toyun 27-29 iyun tarixləri arasında baş tutacağı gözlənilir.
Qeyd edək ki, cütlüyün toyuna qatılacaq məşhur şəxslər arasında ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Jared Kushnerin də olacağıgözlənilir.