Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" komandasının yeni baş məşqçisi bəlli olub.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda portuqaliyalı Xorxe Kasqilyaya tapşırılıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb.
Onunla birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Gilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.