“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində İrandan gələn müxtəlif ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Bu gün təxliyə olunanlar arasında ABŞ, Rusiya, Ukrayna və İtaliyadan olan şəxsləri var.
Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfirliyinin 20 nəfərə yaxın əməkdaşı və ailə üzvləri Azərbaycana təxliyə olunub.
Hər bir vətəndaşın sənədləri yoxlanılıb və ayrılan nəqliyyat vasitələri ilə Bakı şəhəri istiqamətinə yola salınıb.