RU

Zukerberqdən 100 milyon dollarlıq maaşlı təklif: İşə WhatsApp dan özü çağırır

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

META şirkətinin baş direktoru Mark Zukerberq süni intellekt sahəsində geridə qalmamaq üçün işə birbaşa özü qarışıb. O, dünyanın ən istedadlı mühəndis və alimlərinə WhatsApp üzərindən mesaj yazaraq 100 milyon dollara qədər təkliflər edir.

Sherg.az xəbər verir ki, Zukerberq  bu şəxsləri yeni qurduğu “Süperzeka Laboratoriyası”na cəlb etməyə çalışır. Bəziləri ona inanmayıb mesajlara ilk başda cavab verməyib. Hətta bəzi namizədlərə şirkət alma təklifləri də olunub.

META-nın süni intellekt sahəsindəki problemləri və təxirə salınan layihələri namizədlərin tərəddüdünə səbəb olub. Buna baxmayaraq, Zukerberq  “baş müsahibəçi” kimi şəxsən əlaqə saxlayır, ev görüşmələri də daxil olmaqla bütün prosesi özü idarə edir.

O, OpenAI qurucuları Schulman və Sutskever kimi adlara da təklif göndərsə də, rədd cavabı alıb. 28 yaşlı Scale AI rəhbəri Alexandr Vanq isə onun təklifini qəbul edərək texnologiya tarixinin ən gəlirli işinə imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
sherg.az

2Источники