RU

“Sabah”dan Namik Ələskərovla bağlı qərar

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Namik 2022-ci ildən “Sabah”ın formasını geyinirdi. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da premyer-liqanın gümüş medallarını qazanıb, ölkə kubokunun qalibi olub.

Paytaxt təmsilçisi Namik Ələskərova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "Sabah" bunadək Şakir Seyidov, Vasili Berezutski (baş məşqçi) və Con İrasaballa da vidalaşıb.

Избранный
20
1
football-plus.az

10Источники