RU

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılır

Missiya.az saytından alınan məlumata görə, ain.az bildirir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 7-də keçirəcəyi hərraca 3 faydalı qazıntı yatağı çıxaracaq.

Bu barədə Missiya.Az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlar, Balakən rayonundakı “Katexçay” qum-çınqıl yatağı ( 1 lot) , Oğuz rayonu “Muxas-Daşağılçay” qum-çınqıl yatağı ( 4 lot) və Oğuz rayonu “Nic” ( 1 lot) gil yataqlarıdır.

Başlanğıc qiyməti 1 725 – 16 100 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 31 iyul 2025-ci il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
11
missiya.az

10Источники