RU

Bu startap tullantıları 21 milyon dollara çevirdi

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Novoloop” startapı təkrar emalı çətin olan plastik tullantılardan termoplastik poliuretan (TPU) istehsal edən texnologiya hazırlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət yaxın günlərdə ildə 70 ton istehsal gücünə malik sınaq zavodunun test mərhələsini tamamlayıb. “Novoloop”un təsisçisi Miranda Vang bildirib ki, istehsal olunan bütün partiyalar dərhal satılıb: “Nə istehsal ediriksə, dərhal alınır”.

Artan tələbat fonunda startap 21 milyon dollar dəyərində Series B investisiya raundunu bağlayıb. Yeni maliyyə vəsaiti ilk kommersiya miqyaslı zavodun layihələndirilməsi və tikintisinə yönəldiləcək. Zavodun dəqiq yeri müəyyən edilməsə də, mövcud kimya zavodlarından birinin yanında qurulması planlaşdırılır.

TPU-nun “Lifecycled” adlanan bu növü polietilen tullantılarının molekulyar parçalanması və yeni polimerə çevrilməsi ilə hazırlanır. Şirkət həmçinin fabriklərdə yaranan TPU tullantılarını yenidən emal edərək performans artırıcı əlavələrlə gücləndirir.

“Novoloop”un bu materialı artıq “On Running” idman ayaqqabılarında tətbiq edilib. Sınaq zavodu isə yüksək xərclərə görə ABŞ-də deyil, təcrübəli tərəfdaş Aether Industries ilə birlikdə Hindistanda qurulub.

Sərvanə Rəmixanova

Избранный
57
valyuta.az

1Источники