Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan qətərli həmkarı şeyxMəhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıb.
Trend türk KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, tərəflər İsrail və İran arasındakı son vəziyyətimüzakirə ediblər.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranakütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranınnüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, havahücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb.Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənayeobyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvəobyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti DonaldTrampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elanedilib.