RU

İsrail İrana qarşı təcavüzün əvəzini ödədi - Pezeşkian

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib ki, İsrail öz məqsədlərinə nail ola bilməyib və İrana qarşı təcavüzün dəhşətli əvəzini ödəyib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, İsrail tərəfi İranın obyektlərini məhv etmək və nüvə tədqiqatlarını pozmaq, habelə ölkədə sosial narazılıq yaratmaq məqsədlərinə nail ola bilməyib.

O vurğulayıb ki, İran silahlı qüvvələrinin cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası İrana qarşı avantüranın qiymətinin dəhşətli olduğunu dünyaya nümayiş etdirdi.

Pezeşkian əlavə edib ki, Tehran bütün qonşu dövlətlərlə dinc yanaşı yaşamaya inanır və həmçinin dost olmayan dövlətlərin regionda nifaq salmaq cəhdlərinə birgə müqavimət göstərməyə ümid edir.

 

Избранный
19
unikal.az

1Источники