Qazaxıstan millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun oğlu "Krılia Sovetov"un idman direktoru olacaq.
Bu barədə insayder İvan Karpov məlumat yayıb.
Mənbənin məlumatına görə, kiçik Stanislav Çerçesovun 30 yaşı var. O da atası kimi, futbolçu karyerasında qapıçı olub. O, peşəkar səviyyədə 30 oyun keçirib və karyerasını 2024-cü ildə başa vurub. Kiçik-Çerçesovun indiyə qədər futbol klublarında rəhbər vəzifə təcrübəsi olmayıb.
Maraqlıdır ki, Samara komandasının baş məşqçisi Qazaxıstan millisinin digər sabiq baş məşqçisi Maqomed Adiyevdir. O , bu yay "Krylia Sovetov"a baş məşqçi təyin olunub. 47 yaşlı mütəxəssis sözügedən klubla bir illik müqavilə imzalayıb. \\Fanat.Az