"Neftçi" futbol klubu müdafiəçi Ervin Koffi ilə yollarını ayırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Məlumata görə, fransalı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi "Neftçi"nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.
Telegram kanalımız