RU

HƏMAS İsrail hərbçilərini pusquya saldı

BAKI, 25 iyun. TELEQRAF

İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Xan Yunisin cənubunda İsrail tankını pusquya salaraq sıradan çıxarıblar.

Teleqraf xəbər verir ki, bu, İsrail mediasının etiraf etdiyi kimi, dörd əsgərin öldürüldüyü və daha 17 əsgərin yaralandığı pusqudan sonra baş verib.

HƏMAS Telegram kanalındaXan Yunisin cənubunda "Şavaaz" bombası və "Yassin 105" mərmisi ilə İsrail tankını vurduqlarını bildiriblər.

İsrail mediası Xan Yunis pusqusunda itkin düşən əsgərlər barədə məlumat verərək, hava qüvvələrinin yaralıların təxliyyəsi və itkin düşən əsgərlərin yerini tapmaq üçün uçuşları gücləndirdiyini qeyd edib.

Bu arada, Qəssam Briqadaları dünən elan edib ki, döyüşçüləri Xan Yunisdə İsrail qüvvələrini hədəf alan kompleks pusqu həyata keçirib, onun üzvlərini öldürüb və yaralayıblar.

Избранный
104
50
teleqraf.com

10Источники