RU

Siyarto: NATO ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər

NATO ölkələri Haaqa sammitindən əvvəl müdafiə xərclərinin artırılması ilə bağlı konsensusa nail olublar.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

"Sammitə hazırlıq mərhələsində artıq belə bir razılıq əldə olunub ki, 2035-ci ilə qədər – yəni növbəti on il ərzində müdafiə xərcləri 3,5% + 1,5% səviyyəsinə çatdırılmalıdır. 2029-cu ildə yoxlama keçiriləcək və hər il irəliləyişlə bağlı hesabat təqdim olunacaq", – Siyarto vurğulayıb.

Nazir onu da qeyd edib ki, sammitin yekun sənədində konkret rəqəmlər öz əksini tapmayacaq.

Избранный
16
1
apa.az

2Источники