RU

Ukrayna il ərzində 8 milyon PUA istehsal edə bilər - Zelenski

Bakı. Trend:

Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edəbilər, lakin bunun üçün maliyyə vəsaiti çatmır.

Trend xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən MüdafiəSənayesi Forumunda söyləyib.

“Bizim müdafiə istehsalı potensialımız 35 milyard dolları keçir.Bu artilleriyadan tutmuş qabaqcıl PUA-lar, müasir döyüş üsullarınavə raket texnologiyalarına qədər təxminən 1000 müxtəlif hərbivasitəni əhatə edir”, - deyə dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-ilazımi maliyyə ilə təmin olunmur: “Bu isə ciddi problemdir.Məsələn, biz ildə təxminən 8 milyon müxtəlif növ dron istehsal edəbilərik, lakin bizim maliyyəmizlə çox az istehsal edə bilirik”, -deyə Zelenski söyləyib.

Избранный
19
az.trend.az

1Источники