RU

Qvadelupa nümayəndəsi: Xalqımızın kolonializmin təsiri altında yaşaması artıq yolverilməzdir

BAKI, 25 iyun. TELEQRAF

"Xalqımızın əsrlərlə davam edən kolonializmin təsiri altında yaşaması artıq yolverilməzdir".

Teleqraf xəbər verir ki, bu barədə Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelup bölməsi üzrə koordinatoru Jean-Jacob Bisep bu gün Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.

“Biz bu vəziyyətlə barışmaq niyyətində deyilik. Səssiz qalmaq fikrində deyilik və heç vaxt da susmayacağıq. Ədalət və həqiqət uğrunda mübarizəmizi davam etdiririk. Bu gün Bakıda keçirilən konfransda iştirakımız onu göstərir ki, biz hələ də azadlıq arzusu, gələcəyə inam və iradə ilə yaşayırıq. Qvadelupa xalqı öz taleyinin sahibi olmağa hazırdır”,- o vurğulayıb.

O əlavə edib ki, Azərbaycan xalqı onlar üçün qardaş bir xalqdır.

“Coğrafi məsafəyə baxmayaraq, bizi birləşdirən ortaq dəyər azadlıq və ədalət uğrunda aparılan mübarizədir”.

Избранный
22
teleqraf.com

1Источники