RU

“Cavidin yaşının elə vaxtıdı ki, pul qazanmaq istəyir” “Quba”nın prezidentindən açıqlama

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Quba”nın kapitanı Cavid İmamverdiyev gözlənilmədən klubdan ayrıldı. Halbuki o, komandası “Difai”yə uduzub 1-ci liqada oynamaq şamsını itirəndə az qala qubalı azarkeşlər önündə sədaqət andı içirdi. Bəs niyə getdi? “Football-plus.az” bu sualın cavabını klub prezidenti Ayaz Abdullayevdən soruşub:

“Cavidlə heç bir problemimiz yoxdu. Maliyyə baxımından daha yaxşı təkliflər gəlmişdi, o da dəyərləndirmək istədi. Cavidin yaşının elə vaxtıdı ki, pul qazanmaq istəyir. Təklif 2-ci liqa təmsilçisindən gəlib. Hansı klub olduğunu mən də dəqiq bilmirəm. Əlbəttə, klub olaraq, Cavidin qalmasını istərdik. Azarkeşlər də həmçinin. Amma onu başa düşürük, uğurlar arzulayırıq”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
icma.az

2Источники