RU

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirildi, 91 vəkil andı içdi

BAKI, 25 iyun. TELEQRAF

İyunun 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Milli Məclisin Komitə sədrləri, VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, namizədlər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun tarixi inkişafına qısa nəzər salaraq, son illərdə həyata keçirilən islahatlar, əldə olunan mühüm nailiyyətlər və Kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyən sədr vəkillik institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsi məqsədi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi mütəmadi davam etdirilir.
Anar Bağırov çıxışında Ulu Öndər Heydər Əliyevin 28 dekabr 1999-cu il tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tarixi əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, məhz həmin qanunla ölkəmizdə vəkillik ilk dəfə tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir hüquqi institut kimi formalaşıb. Həmin dövrdə qəbul olunmuş prosessual qanunvericilik isə vəkilliyin çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə birliyinə çevrilməsinə şərait yaradıb.
Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı vəkillik institutunun müasirləşməsi və möhkəmlənməsi istiqamətində mühüm mərhələ olub, bu sahənin inkişafına sistemli və ardıcıl şəkildə təkan verib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq son illərdə ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb, dövlət başçısı vəkillik institutunun inkişafına hər zaman xüsusi diqqət göstərib və bu sahənin möhkəmləndirilməsi istiqamətində ardıcıl dəstək verib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir. Məhkəmə-hüquq sistemində də Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və hüquq sahəsində şəffaflığın, ədalətə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm addımlar atılır.
Sədr çıxışının davamında əlavə edib ki, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub.
Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub.
Sonra tədbirdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.

Избранный
29
17
teleqraf.com

10Источники