RU

Kəsilmiş barmaq yenidən bitəcək

ain.az bildirir, Saglamolun portalına istinadən.

ALİMLƏRİN YENİ İXTİRASI 

Alimlər insan orqanizmində kəsilmiş əzaları bərpa edə bilən maddə aşkarlayıb. 

Tədqiqat "Nature Communications" jurnalında dərc edilib.

İtirilmiş ətrafların bərpasında retinoik turşusu və CYP26B1 fermenti fəal iştirak edir. Alimlər hesab edirlər ki, bu tapıntıya əsaslanan yeni texnologiyalar insanlara əzalarını bərpa etməyə kömək edə bilər. Belə ki, retinoik turşusu və CYP26B1 adlı ferment aksolotl salamandralarında mövcuddur. Hazırda bu canlılar üzərində tədqiqat davam edir. 

Bütün insan əzalarını bərpa etmək hələ də elmi fantastika kimi görünsə də, aksolotl salamandralarında retinoik turşunun siqnal funksiyasının öyrənilməsinin insan əzalarının müalicəsinə və gen terapiyalarının inkişafına kömək edə bilər.

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
257
21
saglamolun.az

7Источники