RU

Nunes Napoli ilə 2030-cu ilə qədər müqavilə imzalayıb

"Liverpul"un hücumçusu Darvin Nunes "Napoli" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikolo Şira məlumat yayıb.

Mənbənin məlumatına görə, forvard 5 milyon avro maaşla 2030-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd olunur ki, İtaliya klubu futbolçunun transferi ilə bağlı "Liverpul"la danışıqları davam etdirir. Nunes özü Avropada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından gələn bir neçə təklifi rədd edib.

Daha əvvəl məlum olmuşdu ki, ingilis klubu futbolçunu 50 milyon avroya satmağa hazırdır. Neapollular isə 43 milyon avro qiymətdə israrlıdırlar.

2024/25 mövsümündə 26 yaşlı uruqvaylı bütün yarışlarda 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Избранный
24
operativmedia.az

1Источники