RU

Paşinyan əleyhdarlarına ŞOK

Ermənistanın hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” tərəfdarlarını təqib edir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, iyunun 25-i səhər tezdən onlar “Müqəddəs mübarizə” tərəfdarlarının evlərində axtarış aparmağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın özünün yaşadığı yerdə də əməliyyatlar aparır.

Bundan əlavə, “Daşnaksütyun” xəbər verir ki, hazırda Ali orqanın üzvü İqor Sarkisyanın, Abovyanda komitə üzvü Vardan Avakyanın, Hrazdanda komitə üzvü Artaşes Hunanyan və Noyemberyanda komitə üzvü Varazdat Amirakyanın mənzillərində axtarışlar aparılır.

Musavat.com

Избранный
26
1
musavat.com

4Источники