RU

Rusiya tərəfinə keçən Ukrayna döyüşçülərindən iki dəstə yaradılıb

Donetskdə Rusiya tərəfinə keçən keçmiş Ukrayna hərbçilərindən ibarət iki yeni bölmə yaradılıb.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyinə Martın Puşkar bölüyünün “Şuka” ləqəbli döyüşçüsü danışıb.

“Mən ilk fürsətdə Martın Puşkarın bölüyünə qoşuldum. Bölük bu yaxınlarda yaradılıb. Hər bir bölmə olduğu istiqamətə aiddir. Məsələn, mən Zaporojye bölgəsində döyüşmüşəm və sonunda Martın Puşkarın bölüyünə düşmüşəm”, - “Şuka” deyib.

Aleksandr Matrosov bölüyünün “Kəllə” ləqəbli döyüşçüsü isə qeyd edib ki, bölmə Kiyev rejiminə qarşı döyüşmək istəyən Dnepropetrovsk vilayətinin yerli sakinlərindən ibarətdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
6
herbiand.az

1Источники