Qurumun sessiyasında "Helsinki Yekun Aktının 50 illiyi: ATƏT-də yeni reallığa cavab" mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsi və Büronun iclasları, habelə qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitələrinin toplantıları keçiriləcək, müvafiq qərarlar qəbul olunacaq.
Milli Məclisin nümayəndə heyətinin üzvləri sessiya ərzində keçiriləcək tədbirlərə qatılacaq, müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcəklər.
Səfər iyulun 4-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31