RU

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təbliğində gənc müəllimlərin roluna həsr olunmuş Forum keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və AzərbaycanGənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasasahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gəncmüəllimlərin rolu” adlı forum keçirilib.

Trend xəbərverir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəkeçirilən forumda dövlət rəsmiləri, millət vəkilləri, QərbiAzərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələrivə 300-dən çox müəllim iştirak edib.

Forum Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqləri ilə çıxış edən elm və təhsil nazirinin müaviniFirudin Qurbanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri,millət vəkili Əziz Ələkbərli və Azərbaycan Gənc MüəllimlərAssosiasiyasının sədri Pərvinə Qədimovanın çıxışlarında QərbiAzərbaycana Qayıdış Konsepsiyasının dövlət siyasətindəki yeri və buistiqamətdə gənc müəllimlərin üzərinə düşən vəzifələrvurğulanıb.

Rəsmi açılışdan sonra forum öz işini panellərlə davametdirib.

“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusunahəsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru,Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. MüzakirələrdəGənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədriŞahin İsmayılov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahətİbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü NazimMustafa və Elm üzrə prezident mükafatçısı Elnur Həsənov iştirakediblər.

II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsrolunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşıpaneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinindirektor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müaviniFuad Çıraqov, müəllimlər Flora Osmanova və Ramil Tanrıverdi çıxışediblər.

Ardınca “Qərbi Azərbaycana Qayıdış” olimpiadası haqqındavideoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qaliblərimükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və kollektivfoto ilə tədbir başa çatıb.

Qərbi
Qərbi
Qərbi
Qərbi
Qərbi
Qərbi
Qərbi
Qərbi
Qərbi
Избранный
56
50
az.trend.az

10Источники