RU

Narışkin: “Kiyevlə danışıqları davam etdirmək lazımdır”

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru (XKX) Sergey Narışkin “TASS” agentliyinə müsahibəsində belə deyib. “Onların ovqatından asılı olmayaraq, danışıqlar aparmaq lazımdır. Hərçənd, ciddi irəliləyişdən danışmaq çətindir. Lakin buna baxmayaraq, hər dəfə növbəti turda bir sıra məsələlər, o cümlədən humanitar gündəliyə aid problemər öz həllini tapır. Bu isə çox vacibdir”, - Narışkin danışıqların növbəti raundu öncəsi Ukrayna tərəfinin əhval-ruhiyyəsini necə qiymətləndirdiyi barədə sualın cavabında deyib.

Putin Kiyevə xəbərdarlıq edib | VİDEO

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Peterburq Forumu çərçivəsində dünya mediası ilə keçirdiyi görüşdə Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla, hamı ilə danışıqlar stolu arxasında oturmağa hazır olduğunu bildirib. Lakin, o, problemin Ukrayna hakimiyyətinin və şəxsən Zelenskinin legitimiliyi və sülh sazişinin kimin imzalayacağı ilə bağlı olduğunu vurğulayıb. Prezident postundan getmək niyyətində olmadığını bir daha açıqlayan Ukrayna lideri Volodimir Zelenski isə, özünü münaqişənin sonuna qədər ölkəyə rəhbərlik edə biləcək ən təcrübəli şəxs adlandırıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
azvision.az

2Источники