RU

5 illik fasilədən sonra Pxenyandan gələn sərnişin qatarı Moskvaya çatıb

5 illik fasilədən sonra fəaliyyətini bərpa edən Pxenyan-Moskva sərnişin qatarı Moskvaya çatıb...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pxenyandan gələn qatar Moskvanın Yaroslavl vağzalına çatıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyəti dayandırılan Rusiya ilə Şimali Koreya arasında beynəlxalq birbaşa daşımalar ayda iki dəfə həyata keçiriləcək. Moskva-Pxenyan qatarı ilə səyahət müddəti 8 gündən bir qədər çoxdur.
 
Poliqon.info

Избранный
42
32
poliqon.info

10Источники