5 illik fasilədən sonra fəaliyyətini bərpa edən Pxenyan-Moskva sərnişin qatarı Moskvaya çatıb...
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Pxenyandan gələn qatar Moskvanın Yaroslavl vağzalına çatıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyəti dayandırılan Rusiya ilə Şimali Koreya arasında beynəlxalq birbaşa daşımalar ayda iki dəfə həyata keçiriləcək. Moskva-Pxenyan qatarı ilə səyahət müddəti 8 gündən bir qədər çoxdur.
Poliqon.info