Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartını ləğv edilməsi üçün ictimai müzakirəyə çıxarıb.
Ölkə.az xəbər verir ki, ictimai müzakirə bitdikdən sonra standartın ləğv edilməsi ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, “Ət gigiyenasının ümumi prinsipləri” dövlət standartı 2011-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib və qüvvəyə minib.