Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "Mundo Deportivo" onlayn nəşri FIFA-nın qərarına istinadən məlumat verib.
"FIFA İntizam Komitəsi matç hesabatlarını qiymətləndirdikdən sonra "Paçuka"nın futbolçusu Qustavo Kabrala və Antonio Rüdiger arasında baş vermiş insidentlə bağlı iş qaldırıb", - deyə nəşrə adı açıqlanmayan FIFA nümayəndəsi bildirib.
Xatırladaq ki, Rüdiger final fitinə az qalmış argentinalının ona ünvanladığı təhqirləri bildirdikdən sonra hakim "Paçuka" - "Real" oyununu bir müddət dayandırıb. Matç "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.