"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə yolları ayırıb.
Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 27 yaşlı oyunçu 2018-ci ildən "Sumqayıt"da çıxış edib.