Konsert proqramını Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Xorvatiya rəsmiləri, bu ölkədəki diplomatik korpusun təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayənələri izləyiblər.
Gecədə Əməkdar artistlər Sevda Ələkbərzadə, İsfar Sarabski, həmçinin İlkin Dövlətov və Bəhruz Zeynalov bir-birindən maraqlı musiqi nömrələrini ifa ediblər. Proqramda klassik Azərbaycan caz nümunələri ilə yanaşı, milli muğam elementlərini özündə ehtiva edən kompozisiyalar da səsləndirilib.
Bütün ifaçıların çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlala qarşılanıb.
Azərbaycan caz musiqisi özünəməxsus improvizasiya üslubu, Şərq və Qərb musiqi elementlərinin sintezi ilə seçilərək dünya musiqi mədəniyyətində xüsusi yer tutur. Zaqrebdə keçirilən konsert bu zəngin irsin beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm hadisədir.
Konsert proqramı eyni zamanda iki ölkə arasında mədəni əlaqələrin inkişafına, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasına və gələcək birgə layihələrin formalaşdırılmasına töhfə verən əlamətdar mədəni platforma kimi əhəmiyyətlidir.







10Источники
-
demokrat.azABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş — VİDEO (YENİLƏNİB) ( 18985954)
-
publika.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984595)
-
olke.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984403)
-
demokrat.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984208)
-
moderator.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984103)
-
cebheinfo.azKomada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi ( 18983323)
-
axar.azVətən müharibəsi iştirakçısı vəfat etdi Foto ( 18982759)
-
demokrat.az"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi ( 18982603)
-
moderator.azSabiq sədr müavini vəfat etdi ( 18889804)
-
yeniavaz.comAzərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər – Foto ( 18846466)