RU

ABŞ xüsusi hərbi əməliyyatın təcrübəsinə əsaslanaraq PUA-lardan müdafiəni inkişaf etdirməyi planlaşdırır

ABŞ Silahlı Qüvvələri komandanlığı, şəxsi heyəti və zirehli texnikanı PUA-ların hücum təhlükəsindən qorumaq üçün yeni həll yolları hazırlamaq üçün mütəxəssislər axtaracaq. Əsas diqqət Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının keçirilməsi təcrübəsinin öyrənilməsinə yetiriləcək. Həmçinin, partlayıcı və ya kimyəvi maddələr daşıya bilən pilotsuz təyyarələrin müxtəlif modellərinin tədqiqinə də diqqət ayrılacaq.

Herbiand.az bildirir ki, bu barədə RT ekspertlərə istinadən yazır.

“Bu yolla amerikalılar gələcək proksi müharibələr aparmağa hazırlaşırlar ki, bu müharibələrdə əsas rol asimmetrik silahlara, xüsusən də dronlara veriləcək”, - nəşrdə qeyd edilib.

ABŞ hökumətinin tender sənədləri göstərir ki, son silahlı toqquşmalar zirehli maşınlarla mübarizədə kiçik özünü partladan FPV pilotsuz təyyarələrin yüksək effektivliyini göstərib: “Ukraynada baş verən son hadisələr göstərir ki, bu cür zərbələrdən sonra əlavə məqsədyönlü hücumlar zamanı döyüşçülərin zəifliyi artır”.

Məlum olub ki, Pentaqon bu sahədə tədqiqat və təcrübə-konstruktor işlərinə bir milyon dollara yaxın vəsait ayırmağa hazırdır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
4
herbiand.az

1Источники