RU

“Qarabağ” çempionluq kubokunu “İmarət”ə apardı - Yenilənib

style='margin-bottom:10px;'>

"Qarabağ" komandası Qarabağa səfər çərçivəsində ilk olaraq Şuşa şəhərində olub.

QOL.az xəbər verir ki, Ağdam klubunun üzvləri Şuşada 1 nömrəli məktəbi ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşüblər.

Şagirdlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla və futbolçularla xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda 1 nömrəli məktəbin rəhbərliyi tərəfindən "Qarabağ"a, Ağdam klubunun rəhbərliyi tərəfindən isə məktəbə xatirə hədiyyəsi təqdim olunub.   

* * *

"Qarabağ" daha sonra Xankəndiyə səfər edib. Ağdam klubunun üzvləri burada Qarabağ Universitetinin kolleketivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov bu təhsil mərkəzində yaradılan şəraitlə bağlı komanda üzvlərinə məlumat verib.

***

Daha sonra "Qarabağ" təmsil olunduğu Ağdam şəhərinə yollanıb. Komanda çempionluq kubokunu Ağdamda inşası davam etdirilən "İmarət" stadionuna aparıb.






























SəhifəninYuxarı

Избранный
5
3
teleqraf.com

10Источники