RU

Suraxanıda narkoşəbəkənin üç üzvü yaxalandı


Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü - 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıblar.

Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Избранный
11
12
baki-xeber.com

10Источники