RU

Praqadakı Azərbaycan Mədəniyyət Evində Jaroslav Maleçin filmləri təqdim olundu

BAKI, 25 iyun. TELEQRAF

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində bloger Jaroslav Maleçin Azərbaycan haqqında hazırladığı qısametrajlı filmin və videoçarxın təqdimatı olub.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir “Land of Fire” Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

Çexiya vətəndaşı olan Jaroslav Maleç Azərbaycanın müxtəlif bölgələrinə dəfələrlə səyahət edərək maraqlı videolar çəkib və həmin videoları öz “YouTube” kanalı vasitəsilə geniş auditoriyaya çatdırıb. O, Vətən müharibəsi zamanı da fərqli beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin yayılmasında fəallıq göstərib.
Bloger, həmçinin Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində Azərbaycan dili dərslərinə mütəmadi olaraq qatılır.
Cəmiyyətin üzvləri və Çexiyada yaşayan soydaşlarımız ölkəmizə göstərdiyi diqqət və verdiyi dəstəyə görə Maleçə təşəkkür ediblər.

Избранный
28
2
teleqraf.com

3Источники