RU

Luka Modriç karyerasını İtaliyada davam etdirəcək

“Real”dan ayrılacaq Luka Modriç karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu “Milan” klubunda çıxış edəcək. 39 yaşlı oyunçu ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatından sonra yeni komandası ilə müqavilə bağlayacaq.

 2012-ci ildən “Real”da çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
5
1
idmanxeber.az

2Источники