Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Azərbaycanla Ermənistan arasında yeni silahlı toqquşmanın olmaycağına ümid edir. Kremlin təmsilçisi ölkələrin sülh sazişinin hazırlığının final mərhələsində olduğunu bildirib.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə jurnalistlərin müvafiq sualının cavabında deyib: "Ümid edirik ki, bu, baş verməyəcək". Peskov İrəvan ilə Bakının sülh müqaviləsinin mətni üzərində işi tamamlamaq üzrə olduqlarını əlavə edib: "Bu prosesin uğurla nəticələnəcəyinə inanırıq. Regionda sülhün və sabitliyin təminatı üçün müqavilənin imzalanması çox mühümdür".
Hürr Tərcüman