RU

Buna görə zalı tərk etmək məcburiyyətində qaldım Xalq artistindən açıqlama

ain.az, Unikal.az saytına istinadən bildirir.

Muğam müsabiqəsinin canlı yayımında səhhəti pisləşən Xalq artisti Mələkxanım Eyyubova açıqlama yayıb. 

"Unikal" xəbər verir ki, xanəndə canlı yayımı yarımçıq tərk etməsinin səbibini belə izah edib: 

"Bu günlərdə çox gərgin iş rejimində çalışdığım üçün soyuqlamışdım və bu mənim mədəmə təsir etmişdi. Dünən düşündüm ki,yaxşı olaram,məsuliyyətimdən dolayı dünənki buraxılışı Xəzər rayonunda keçirilən Muğam müsabiqəsinə qatıldım, lakin müsabiqə başlayandan 15-20 dəqiqə sonra ürəkbulanma mənə orada sona qədər əyləşməyimə imkan vermədi. Buna görə də zalı tərk etmək məcburiyyətində qaldım. Tez zamanda təcili yardım gəldi və 3 saat ərzində mənə öz yardımlarını yüksək səviyyədə göstərdilər". 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
2
unikal.az

3Источники