RU

Millimizin üzvü; Bu qərarı verərkən heç bir tərəddüd keçirmədim

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin II liqasında çıxış edən "Ankaragücü" klubu Azərbaycan U-21 milli komandasının üzvü Həsən Nəzərovla peşəkar müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, sosial şəbəkə hesabındakı paylaşımında müqavilə haqda fikirlərini bildirən Nəzərov bunları qeyd edib:

"İndi birlik olmaq zamanıdır. Klubumuzu layiq olduğu zirvələrə ən qısa zamanda çatdırmaq üçün əlimizdən gələni deyil, daha artığını etmək vaxtıdır. Uşaqlığmdan bəri akademiyasında böyük uğurlar qazandığım “Ankaragücü” ilə peşəkar müqavilə imzalamağın haqlı qürurunu yaşayıram. Ailəmdən öyrəndiyim və həyatımın hər anında yanımda olan vəfaya sədaqət duyğusu ilə bu qərarı verərkən heç bir tərəddüd keçirmədim.

Ailə hesab etdiyim və formasını fəxrlə daşıdığım "Ankaragücü"nün “yenidən dirçəliş” mövsümündə bu formanı geyinmək, böyük azarkeşlərimizin qarşısında “İmalat-ı Hərbiyə” ruhunu meydana əks etdirmək üçün səbirsizlənirəm. Bu günə qədər mənə dəstək olan, başda ailəm olmaqla, dəyərli klub prezidentimizə və idarə heyətinə, çalışdığım qiymətli məşqçilərimə, birlikdə tər tökdüyüm komanda yoldaşlarıma, zəhmətkeş klub personalımıza və şanlı “Ankaragücü”azarkeşlərinə təşəkkür edirəm. 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
1
sportal.az

2Источники