RU

Bakıda Çingiz Aytmatova həsr olunmuş kitabın təqdimatının keçirilməsi planlaşdırılır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 26 iyun, AZƏRTAC

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək İctimai Fondu tərəfindən Makelek Karmışteqinin “Çingizin müdrikliyi” kitabı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, nəşrə müəllifin son onilliklərdə dövri mətbuatda dərc edilən, dünya şöhrətli yazıçı və mütəfəkkir Çingiz Aytmatovun həyat və yaradıcılığından, onun əsərlərində qırğız xalqının şifahi xalq ədəbiyyatının motivlərindən məharətlə istifadə etməsindən bəhs edən publisistik materialları daxil edilib. Müəllif oxucuya yazıçının əsərlərini yenidən gözdən keçirməyi təklif edir, əsas obrazlarını yenidən təhlil edir, ədəbiyyatşünaslar tərəfindən əvvəllər nəzərdən keçirilməyən orijinal tədqiqat variantlarını təqdim edir.

Kitabda yazıçının qardaşı İlgiz Aytmatovun məqaləsində qeyd olunur ki, 2008-ci ildə Bakıda Çingiz Aytmatovun yubiley tədbiri keçirilib. Vurğulanır ki, 2008-ci ilin mart ayında Fondun rəhbəri Nüsrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Bu səfər çərçivəsində Çingiz Aytmatov və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub, burada dövlət başçısı yazıçıya “Dostluq” ordenini təqdim edib.

Kitabda, həmçinin Çingiz Aytmatovun bacısı Roza Aytmatovanın qırğız yazıçısının ölkəmizə səfəri haqqında məqaləsi də yer alıb.

Bu nəşr Aytmatovun həyat və yaradıcılığını tədqiq edən alimlər, ədəbiyyatşünaslar, universitet tələbələri, məktəblilər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən nəşr olunan 165-ci kitabdır. Qırğız dilindən rus dilinə tərcümə Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin üzvü Temirbek Toktoqaziyev tərəfindən edilib. Fond nəşri pulsuz təqdim etmək niyyətindədir.

Qeyd edək ki, Bakıda “Çingizin müdrikliyi” kitabının təqdimatı planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
3
azertag.az

4Источники